Saytımızı qiymətləndirin


 
 

Rusiya sakinlərinin Putinə şikayət etdikləri cinayətkar Murmanskda öldürülüb
Tarix: 04-01-2022 | Saat: 08:58
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiya sakinlərinin Putinə şikayət etdikləri cinayətkar Murmanskda öldürülüb

Rusiyanın Murmansk vilayətinin Umba qəsəbəsində yerli kriminal başçı hesab edilən Viktor Timçenko öldürülüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə regional “SeverPost” agentliyi məlumat yayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətlin hansı şəraitdə törədildiyi hələ məlum deyil.

Agentlik xatırladıb ki, sakinlər dəfələrlə Timçenko və qardaşı Vladimirdən şikayət ediblər. Onlar hətta Rusiya Prezidenti Vladimir Putindən də kömək istəyiblər. Bununla bağlı ilk videogörüntü 2020-ci ilin iyununda çəkilib. Sakinlərin sözlərinə görə, Timçenko qardaşları daim həmyerlilərini döyüb, öldürməklə hədələyib, qul kimi işləməyə məcbur ediblər. Şikayət cəmiyyətdə geniş əks-səda doğurub.

Elə həmin ilin iyulunda lentə alınan başqa videogörüntüdə ilk görüntülərin müəlliflərindən biri Murmanskdan hüquq-mühafizə orqanları əməkdaşlarının təhqiqat üçün Umbaya gəldiklərini, lakin bunun onlara kömək etmədiyini söyləyib. İddialara görə, şahidləri qorxutmağa başlayıblar. Bu videoda cinayətkar qardaşların döydükləri və təhdid etikləri şəxslərin özləri danışıb.

Viktor Timçenkonun qətli Rusiyanın sosial şəbəkə istifadəçilərinin böyük marağı ilə qarşılanıb.(Apa)



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər