İsrailin hərbi helikopteri qəzaya uğrayıb
Tarix: 04-01-2022 | Saat: 01:52
Bölmə:Karusel / Siyasət | çapa göndər
1343 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-01-2022 | Saat: 01:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

İsrailin Müdafiə Qüvvələrinə məxsus “Eurocopter Panther” tipli helikopter qəzaya uğrayıb.
Bu barədə Qarabaginfo.az “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, hadisə ölkənin şimalındakı Hayfa şəhəri sahillərində baş verib. Qəza zamanı helikopterdə üç ekipaj üzvü olub.
Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış-xilasetmə işləri havadan, qurudan və dənizdən davam etdirilir.
“The Times of Israel” isə bildirib ki, helikopterin heyət üzvlərindən biri tapılıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun səhhəti açıqlanmır.
Helikopterin qəzaya uğraması səbəbi və ekipajın digər üzvləri barədə məlumat yoxdur.
Xəbəri paylaş
Digər xəbərlər
23-12-2022, 13:35
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
10-07-2024, 07:49
Tramp Baydenə bu həftə daha bir debat keçirməyi təklif edib
27-06-2022, 11:50
Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin I üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi imzalanıb
1-10-2020, 13:50
Azərbaycan Prezidentinin köməkçisi Ermənistana xəbərdarlıq edib
20-10-2025, 07:22
"Lufthansa" gələn yay Almaniyada təxminən 100 reysi ləğv edə bilər
18-05-2022, 09:39
Ermənistanda yenidən millət küçələrə axışıb
15-01-2026, 11:05
Çin ABŞ və Rusiyanı nüvə silahlarının ixtisarına çağırdı


















