Ana Sayfa > Karusel / Siyasət > İsrailin hərbi helikopteri qəzaya uğrayıb

İsrailin hərbi helikopteri qəzaya uğrayıb


4-01-2022, 01:52. Yazar: Admin

 

İsrailin hərbi helikopteri qəzaya uğrayıb

İsrailin Müdafiə Qüvvələrinə məxsus “Eurocopter Panther” tipli helikopter qəzaya uğrayıb.

Bu barədə Qarabaginfo.az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə ölkənin şimalındakı Hayfa şəhəri sahillərində baş verib. Qəza zamanı helikopterdə üç ekipaj üzvü olub.

Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış-xilasetmə işləri havadan, qurudan və dənizdən davam etdirilir.

“The Times of Israel” isə bildirib ki, helikopterin heyət üzvlərindən biri tapılıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun səhhəti açıqlanmır.

Helikopterin qəzaya uğraması səbəbi və ekipajın digər üzvləri barədə məlumat yoxdur.


Geri dön