Tarix: 02-01-2022 | Saat: 09:42
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyə Xarici İşlər Nazirliyi Almaniyada müsəlman qəbiristanlığına hücum edənlərin tutulmasını, məsuliyyətə cəlb edilməsini və onlara layiq olduqları cəzanın verilməsini tələb edib.
Qarabaginfo.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi mövzu ilə bağlı bəyanat verib.
Bəyanatda Almaniyanın İzerlohn şəhərində müsəlman qəbiristanlığına hücum olunmasına təəssüfləndikləri qeyd olunur.
Nazirliyin açıqlamasında vurğulanıb ki, yeni il gecəsi baş verən hücum son vaxtlar xüsusilə Avropada artmaqda olan və hətta müsəlman qəbiristanlıqlarını belə vəziyyətə salan xəstə anti-islam zehniyyətinin yeni göstəricisidir:
"Ümid edirik ki, bu fəlakətli hücumun günahkarları müəyyən edilərək ədalət qarşısında cavab verəcək və layiq olduqları cəzanı alacaqlar. Biz də ümid edirik ki, belə hadisələrin baş verməməsi üçün lazımi tədbirlər görüləcək”.
Qeyd edək ki, Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlohn şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.(Apa)
Digər xəbərlər