Tarix: 31-12-2021 | Saat: 12:23
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rusiya beynəlxalq təhlükəsizliklə bağlı Qərbə yeni razılaşmalar sistemini təklif edir.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib.
“Bizim təkliflərimiz 1990-cı illərdə bütün Avro-Atlantik dövlətlərin rəhbərləri tərəfindən yekdilliklə təsdiq edilmiş təhlükəsizliyin bölünməzliyi və hərbi üstünlüyə nail olmaq cəhdlərindən imtina prinsipinə əsaslanan yeni sazişlər sisteminin yaradılmasına və qanuniləşdirilməsinə yönəlib. Xüsusilə qeyd edirəm: bizə məhz hüquqi təminatlar lazımdır, çünki Qərbdəki həmkarlarımız sistematik olaraq öz siyasi öhdəliklərini yerinə yetirmirlər. Mən heç Sovet və Rusiya rəhbərliyinə verilən şifahi vədlərdən danışmıram”, - nazir bildirib.
S.Lavrovun sözlərinə görə, ABŞ və NATO ilə razılaşmalar layihəsi paket xarakteri daşıyır və onların məqsədi NATO-nun Şərqə genişlənməsinin qarşısının alınması, habelə Rusiya sərhədləri yaxınlığında qoşun yerləşdirilməməsi barədə hüquqi çərçivədə təminat əldə etməkdir.
Digər xəbərlər