Saytımızı qiymətləndirin


 
 

Müharibə veteranlarına 80 manat təqaüdün necə veriləcəyi açıqlanıb
Tarix: 30-12-2021 | Saat: 11:30
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Bankomatlar haqqında 5 maraqlı fakt | Banco.az

“Hərbi əməliyyatlarda müxtəlif qurumlar, güc strukturları iştirak edib. Yanvarda müvafiq qurumlar öz nəzdində fəaliyyət göstərən hərbi qulluqçuların və digər şəxslərin adlarını Nazirlər Kabineti ilə razılaşdıraraq təsdiq edəcək”.

Qarabaginfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O qeyd edib ki, daha sonra bu siyahı elektron sistem üzərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə veriləcək: “Bundan sonra veteranlara 80 manat təqaüd veriləcək və vəsiqə təqdim olunacaq. Elektron alt sistemə əsasən, ƏƏSMN tərəfindən həmin şəxslərin adlarına bank kartları açılacaq, SMS göndəriləcək, onlar bu vəsaitlərdən istifadə edə biləcəklər. Bu, postmüharibə kontingentinə olan qayğının bariz nümunəsidir. Bu günə qədər həmin şəxslərə 47 min sosial xidmət göstərilib, bunların 20 mini sosial ödənişlərdir, onlardan 15 mini şəhid ailəsi üzvü olanlardır. 2500 müharibə əlilinə də sosial ödənişlər edilir. 5500 şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb edilib. 183 qazi müasir protezlərlə təmin edilib, eyni zamanda ümumilikdə 13000 reabilitasiya vasitəsi qazilərə verilib”.



Xəbəri paylaş

1324 dəfə oxunub.

Digər xəbərlər