Tarix: 29-12-2021 | Saat: 17:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Azərbaycan ordusunun yüksək dağlıq ərazilərdə yerləşən bölmələrinin təminatı üçün görülən işləri açıqlayıb.
A.Eyvazov nazirlikdə keçirilən brifinqdə bildirib ki, yüksək dağlıq ərazilərdə yerləşən Azərbaycan Ordusunun bölmələri fasiləsiz elektrik enerjisi ilə təmin olunub, isti və soyuq su xətləri çəkilib. Habelə 6 aylıq ərzaq, yanacaq ehtiyatı yaradılıb və qış mövsümü ilə əlaqədar bütün şəxsi heyət isti geyimlə təmin edilib.
"Cari il ərzində Kəlbəcər rayonu istiqamətində 220, Laçın rayonu istiqamətində 330, Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində isə 120 km-dən artıq, ümumilikdə 700 km yaxın yeni yol çəkilib. Hazırda bu sahədə işlər davam etdirilir", - nazirliyin sözçüsü deyib.
Anar Eyvazov onu da bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. "2021-ci il ərzində 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib, 17 minədək mina və partlamamış döyüş sursatı aşkar edilərək zərərsizləşdirilib", - o vurğulayıb.(virtualaz.org)
Digər xəbərlər