Saytımızı qiymətləndirin


 
 

Azərbaycan MN: Orduda il ərzində 900-dək təlim keçirilib
Tarix: 29-12-2021 | Saat: 16:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Müdafiə Nazirliyi

 

Azərbaycan Ordusunda QQ, HHQ, HDQ, XTQ ve ƏŰO-nun bölmələri ilə cari il ərzində 900-dək komanda-qərargah, taktiki, taktiki xüsusi və simulyasiya təlimləri yüksək texnologiyanın tətbiqi ilə həyata keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov ilin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, bundan başqa, hərbi qulluqçularımız Rusiya, Qazaxıstan və İranda keçirilən beynəlxalq səviyyəli yarışlarda, eləcə də Türkiyə, Pakistan, Gürcüstan və ölkəmizdə keçirilən bir sıra müxtəlif təyinatlı beynəlxalq təlimlərdə iştirak edib.

Brifinqdə o da qeyd olunub ki, Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı 400-ə yaxın yeni hərbi infrastruktur obyekti istismara verilib. Bildirilib ki, bununla bölmələrdə qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkil edilməsi, o cümlədən şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün münbit şərait yaradılıb. Bir sıra obyektlərin inşası hazırda davam etdirilir.



Xəbəri paylaş

1297 dəfə oxunub.

Digər xəbərlər