Saytımızı qiymətləndirin


 
 

Xərçəng statistikasında ciddi artım GÖZLƏNİLİR
Tarix: 28-12-2021 | Saat: 12:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Mədə xərçəngi çox ciddi sosial və iqtisadi zərərə səbəb olan bir xəstəlikdir və dünyada çox ciddi artım tendensiyası olan problemdir. Belə ki, Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin (IARC) proqnozlarına görə, 2020-ci ildən başlayaraq 2040-ci ilə qədər mədə xərçənginə statistikasında çox ciddi artım tendensiyası gözlənilir”.

 

Qarabaginfo.az xəbər veriri ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bildirib.

 

Onun sözlərinə görə eyni zamanda, bu hesabatda bildirilir ki, məhz kişilərdə qadınlara nisbətən mədə xərçənginin rast gəlmə halında çox ciddi şəkildə fərq olacaq:

 

“Buna görə də ÜST mədə xərçənginin erkən araşdırması, qarşısını alınması və profilaktikası məqsədilə hər bir ölkədə buna dair strategiyanın olmasını tövsiyə edir. Burada əsas məqamlardan biri mədə xəstəliklərinin, xüsusilə də mədə xərçənginin erkən diaqnostikasıdır, çünki bu xəstəlik gec mərhələlərdə aşkar edildiyi zaman xəstənin 5 ilə qədər yaşama ehtimalı 30 faizdən aşağıdır. Yəni, bu çox ciddi letallığı olan bir xəstəlikdir, ona görə də dünyada erkən mərhələdə aşkarlandığı təqdirdə mədə xərçəngi tam müalicə oluna bilər. Vətəndaşlarımızı məlumatlandırmalıyıq ki, əgər mədə-bağırsaq şikayətləri varsa və bu proses bir aya yaxın davam edirsə, o təqdirdə mütəxəssis həkimə müraciət etmək mütləqdir. Çünki həkim məsləhəti və tövsiyəsi olunmadan dərman qəbulu ilə mədə xəstəlikləri üçün bir zəmin hazırlayırsınız”.
Həkim qeyd edib ki, mədə-bağırsaq xəstəliklərinin ən vacib xüsusiyyəti qarşısı alınan xəstəlik sırasında olmasıdır:

“Yəni, profilaktikası ən işlək olan xəstəliklər sırasında məhz mədə-bağırsaq xəstəliklərdir. Mədə-bağırsaq traktının ən ciddi xəstəliyi olan mədə-bağırsaq xərçənginin erkən endoskopik müayinələr (erkən dövrdə aşkarlamaq) əsasında qarşısını almaq mümkündür. Yəni, bir növ endoskopiya və müasir qastroenterologiya insanların həyatının xilas olunması üçün əvəzsiz rola malikdir.
Yekunda onu demək istərdim ki, normal yuxu, sağlam qidalanma və erkən müayinələr sayəsində insanların ömrünü uzatmaq olar və xəstələnmə hallarının qarşısını ciddi şəkildə almaq mümkündür”.



Xəbəri paylaş

321 dəfə oxunub.

Digər xəbərlər