Yeni yaradılan Komando briqadasının komandiri kimdir? - FOTO
Tarix: 25-12-2021 | Saat: 11:47
Bölmə:Karusel / Gündəm | çapa göndər
379 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-12-2021 | Saat: 11:47
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbər verdiyimiz kimi, ötən gün Hadrutda Azərbaycan Ordusunun yeni silahlı birləşməsi olan Komando Briqadasının hərbi hissəsinin açılışı olub.
Qarabaginfo.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, açılış mərasimində 218-ci Komando Briqadasının komandiri polkovnik Elşən Sanayev döyüş bayrağını almaq üçün gəlib.
O, Ali Baş Komandana raport, briqadaya isə komanda verib.
Məlumat üçün bildirək ki, polkovnik Elşən Sanayev Vətən müharibəsində iştirak edib. O, polkovnik rütbəsini də elə Vətən müharibəsindən sonra alıb.
Elşən Sanayev Vətən müharibəsindən sonra "Döyüşdə fərqlənməyə görə", Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.
Qusar rayonunda anadan olan Sanayev Elşən Tərlan oğlunun 45 yaşı var.

Xəbəri paylaş
Digər xəbərlər
22-11-2022, 22:37
Meksikada güclü zəlzələ
25-09-2023, 09:21
Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb
6-09-2025, 19:24
Ukraynada deputat vətənə xəyanət ittihamı ilə həbs olunub
19-04-2022, 13:37
DSX Füzulidə 8 kq narkotik aşkarladı
17-09-2021, 10:09
Baş Prokurorluq: “Ermənistanın törətdiyi cinayətlərlə bağlı 70-dən çox cinayət işi başlanılıb”
23-03-2022, 21:46
Şəhriyar Məmmədyarov FIDE Qran-prisində növbəti görüşünü keçirib
28-10-2024, 07:58
Zurabişvili seçkilərin nəticələrini tanımadı















