Saytımızı qiymətləndirin


 
 

Teymur Musayev icbari tibbi sığortada əsas hədəflərdən danışdı
Tarix: 23-12-2021 | Saat: 19:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

Teymur Musayev icbari tibbi sığortada əsas hədəflərdən danışdı

“İcbari tibbi sığortanın ölkəmizdə tətbiqinin bir il ərzində nəticələrini müsbət qiymətləndiririk”.

Qarabaginfo.az xəbər verir ki, bunu səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar barədə dinləmədə deyib.

O,  Səhiyyə Nazirliyinin bu prosesə həm dəstək olduğunu, həm də aktiv iştirak etdiyini deyib. Qeyd edilib ki, icbari tibbi sığortanın uğurla həyata keçirilməsi nəticəsində biz beş il ərzində  Xidmətlər Zərfinin daha da zənginləşdirilərək tamamlanmasına nail olacağıq.

Bildirilib ki, bütün islahatların əsasında səhiyyə sisteminin rəqəmsallaşdırılması dayanıb və icbari tibbi sığortanın tətbiqi bu sistemin bir hissəsidir.

Bununla yanaşı, qabaqcıl tibbi texnologiyaların səhiyyə sisteminə gətirilməsi və tibbi xidmətlərə vətəndaşın əlçatanlığını təmin etmək önəmli məsələlərdir. Bu istiqamətlərdə ölkədə lazımi addımlar atılır.



Xəbəri paylaş

1259 dəfə oxunub.

Digər xəbərlər