Saytımızı qiymətləndirin


 
 

Qarabağ qazisi: "Keçirdiyim hissləri ifadə etməyə söz tapmıram"
Tarix: 23-12-2021 | Saat: 18:25
Bölmə:Karusel / Sosial | çapa göndər

Qarabağ qazisi: Keçirdiyim hissləri ifadə etməyə söz tapmıram

“Xəbəri eşidəndən çox sevincliyəm. Keçirdiyim hissləri ifadə etməyə söz tapmıram”.

Bu fikirləri Qarabaginfo.az a açıqlamasında Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu deyib.

“Dövlət başçısı İlham Əliyevə və bu işdə zəhməti olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. 2019-ci ildə şəhid ailələrinə birdəfəlik ödəmələr veriləndə gələcəkdə qazilər üçün də belə bir addımın atılacağı deyilmişdi. Biz Prezidentimizə inanırdıq, güvənirdik. Göründüyü kimi, dövlət başçısı bu dəfə də sözünün üstündə durdu. Əlbəttə, söhbət təkcə məndən yox, 17-20 min qazidən, onların ailələrindən gedir. Mən özümdən çox, onlara görə sevinirəm”.

R.Kərimoğlu həmçinin bildirib ki, dövlət həmişə bu kateqoriyadan olan insanları xüsusi diqqətdə saxlayıb: “Bildiyiniz kimi, hərbi qulluqçuların da maaşları 20 faiz artırıldı. Bu, təqaüdlərin 20 faiz artması deməkdir. Həmçinin müavinətlər artırıldı. Biz bu xoş təşəbbüslərə görə çox qürurluyuq. Müharibədən sonra şəhid və qazilərlə bağlı 50-yə qədər fərman və sərəncamın imzalanması dövlət başçısının bizə olan qayğısının ən bariz nümunəsidir. Odur ki, bir daha şəxsən özümün və qazi yoldaşlarımın adından dövlət başçısına, Ali Baş Komandana minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə veriləcək. Bunun üçün dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb.(Report)



Xəbəri paylaş

1389 dəfə oxunub.

Digər xəbərlər