Saytımızı qiymətləndirin


 
 

ƏN Penitensiar xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşları artırılıb
Tarix: 23-12-2021 | Saat: 17:10
Bölmə:Karusel / Sosial | çapa göndər

Prezident İlham Əliyev

 

Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Fərmana əsasən, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi tərəfindən ödənilir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görür. Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.



Xəbəri paylaş

1326 dəfə oxunub.

Digər xəbərlər
7-04-2020, 16:31 Arzu (Hekayə)