Tarix: 04-06-2021 | Saat: 22:42
Bölmə:Karusel / Dünya | çapa göndər
"Reuters" beynəlxalq agentliyi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində media işçilərinin minaya düşərək şəhid olması barədə xəbər dərc edib.
Qarabaginfo.az-ın məlumatına görə, xəbərdə 3 nəfərin - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olduğu, daha 4-nün isə yaralandığı bildirilib.
Xəbərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Xarici İşlər Nazirliyinin yaydığı məlumatlara istinad edilib.
Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Digər xəbərlər