Saytımızı qiymətləndirin


 
 

XİN-in sabiq vəzifəli şəxslərinə şərti cəza verilib
Tarix: 22-12-2021 | Saat: 17:43
Bölmə:Karusel / Multimedia | çapa göndər

XİN-in sabiq vəzifəli şəxslərinə şərti cəza verilib

Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda son olaraq təqsirləndirilən Səlim Əlizadə son söz deyib.
Prosesdə hökm elan olunub.

Hökmə əsasən, Fərhad Mollazadə və Səlim Əlizadəyə hər biri 6 il həbs cəzasına məhkum ediliblər. Lakin onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Hökmdə qeyd olunub ki, dəymiş maddi ziyanın ödənilməmiş hissəsi 167 min manat məbləğ Səlim Əlizadədən alınaraq Xarici İşlər Nazirliyinə ödənilməlidir.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.



Xəbəri paylaş

1632 dəfə oxunub.

Digər xəbərlər