Ana Sayfa > Karusel / Multimedia > XİN-in sabiq vəzifəli şəxslərinə şərti cəza verilib
XİN-in sabiq vəzifəli şəxslərinə şərti cəza verilib22-12-2021, 17:43. Yazar: Admin |
Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda son olaraq təqsirləndirilən Səlim Əlizadə son söz deyib. Hökmə əsasən, Fərhad Mollazadə və Səlim Əlizadəyə hər biri 6 il həbs cəzasına məhkum ediliblər. Lakin onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Geri dön |