Tarix: 22-12-2021 | Saat: 16:18
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda dekabrın ən zəif oyunçusu seçilib.
Qarabaginfo.az xəbər verir ki, 24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, -4 xala layiq görülüb.
Komandanın argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla ayın oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, son ölkə çempionu dekabrda keçirdiyi 6 oyunun 4-də məğlub olub, 2-də isə qalib gəlib. Bu görüşlərin 2-də meydana çıxmayan Emreli digər qarşılaşmalarda fərqlənə bilməyib. Emreli oktyabr və noyabrda da ən zəif oyunçu sayılıb.
"Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.
Digər xəbərlər