Ana Sayfa > Karusel / İdman > Mahir Emreli ardıcıl 3-cü dəfə "Legiya"da ayın ən zəif futbolçusu seçilib

Mahir Emreli ardıcıl 3-cü dəfə "Legiya"da ayın ən zəif futbolçusu seçilib


22-12-2021, 16:18. Yazar: Admin

 

Mahir Emreli ardıcıl 3-cü dəfə Legiyada ayın ən zəif futbolçusu seçilib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda dekabrın ən zəif oyunçusu seçilib.

Qarabaginfo.az xəbər verir ki, 24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, -4 xala layiq görülüb.

Komandanın argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla ayın oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, son ölkə çempionu dekabrda keçirdiyi 6 oyunun 4-də məğlub olub, 2-də isə qalib gəlib. Bu görüşlərin 2-də meydana çıxmayan Emreli digər qarşılaşmalarda fərqlənə bilməyib. Emreli oktyabr və noyabrda da ən zəif oyunçu sayılıb.

"Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.


Geri dön