Tarix: 02-02-2023 | Saat: 12:36
Bölmə:Karusel | çapa göndər
Ermənistan və Türkiyə nümayəndələrindən ibarət işçi qrupları Ermənistan-Türkiyə sərhədi yaxınlığındakı Ararat bölgəsində görüşüb və Marqara körpüsünə baxış keçiriblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.
“İşçi qrupunun üzvləri dekabr ayında əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün iki görüş keçirib. Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumatına görə, Ermənistan və Türkiyə arasında işçi qrupları səviyyəsində iyulun 1-də keçirilmiş görüşlər nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesi davam etdirilib. Bu kontekstdə Marqara körpüsünə də baxış keçirlib", - qəzet yazıb.
Söhbət 2022-ci il iyulun 1-də Türkiyə və Ermənistanın xüsusi elçiləri Serdar Kılıç və Ruben Rubinyanın görüşündə əldə olunan razılaşmalardan gedir.
Həmin razılaşmada Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə sərhədini mümkün qədər tez keçməsi nəzərdə tutulur.
Ölkələr arasında birbaşa hava daşımalarının tezliklə başlanması barədə də razılıq əldə olunub.
“Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin növbəti görüşünün nə vaxt keçiriləcəyi hələlik məlum deyil, çünki əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində iş gedir və yalnız bundan sonra yeni görüşlə bağlı razılıq əldə olunacaq”, - qəzet qeyd edib.
Digər xəbərlər