Saytımızı qiymətləndirin


 
 

Rusiya NATO-dan təhlükəsizlik zəmanəti istəyir
Tarix: 22-12-2021 | Saat: 14:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sergey Lavrov

 

Moskva yanvar ayında NATO ilə təhlükəsizlik zəmanətləri barədə danışıqlara ümid edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT telekanalına müsahibəsində bildirib.

“Biz yaxın gələcəkdə bunu planlaşdırırıq. Yanvar ayında bunu etmək istəyirik. Rusiya ilə NATO ölkələri arasında təhlükəsizlik zəmanətləri haqqında saziş layihəsi ilə bağlı ikinci sənədin müzakirəsinə başlamaq istəyirik”, - Rusiya XİN başçısı vurğulayıb. 

Qeyd edək ki, Rusiya XİN dekabrın 17-də ABŞ və NATO ölkələri ilə təhlükəsizlik zəmanətlər haqqında saziş sənədi layihəsini dərc edib. Həmin sənəddə Rusiya ABŞ və NATO-ya postsovet ölkələrini şimal alyansına qəbul etməməyə, keçmiş sovet respublikalarının ərazisində hərbi infrastruktur yerləşdirməməyi təklif edib.(Apa)



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər