Saytımızı qiymətləndirin


 
 

Hava ilə bağlı sürücülərə xəbərdarlıq
Tarix: 22-12-2021 | Saat: 09:46
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanda həftəsonu qarlı hava şəraiti gözlənilir

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

İdarədən Qarabaginfo.az-a verilən məlumata görə, sürücülər hazırda müşahidə olunan yağıntılı hava şəraiti və verilən proqnozları nəzərə almalıdırlar: “Habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında sulu qar, eləcə də respublikanın şimal və qərb bölgələrinin dağlıq və dağətəyi rayonlarında bəzi yerlərdə qar yağacağı və yolların buz bağlayacağı barədə məlumatını nəzərə alaraq, yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə şinlərinin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı meteoroloji şəraiti düzgün qiymətləndirməyi və yol hərəkəti qaydalarına dəqiqliklə riayət etməyi xahiş edir.

Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar”.



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər