Tarix: 21-12-2021 | Saat: 00:29
Bölmə:Karusel / Dünya | çapa göndər
“Türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələr olacaq”.
Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki,, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.
Ərdoğan deyib ki, türk lirəsi aktivlərinin yeni valyuta tələbi yaratmayacaq şəkildə istifadəsini təmin edəcək sistem tətbiq olunacaq. Belə ki, Türkiyədə insanların banka qoyduğu türk lirəsi xarici valyutadan (ABŞ dollarından) üstünlük təşkil edərsə, bu onlara daha çox gəlir gətirəcək: “İnsanlarımızın türk lirəsinin bankdakı əmanət gəliri məzənnə (kurs) artımından yüksək olarsa, qazanc əldə edəcəklər. Əgər xarici valyutanın məzənnəsi artarsa, aradakı fərqi biz birbaşa vətəndaşımıza ödəyəcəyik”.
“Bundan sonra heç bir vətəndaşımızın “valyuta məzənnəsi daha yüksək olacaq” deyə, əmanətlərini türk lirəsindən xarici valyutaya keçirməsinə ehtiyac qalmayacaq”, - Türkiyə Prezidenti bildirib.
Bundan başqa Ərdoğan ixracatçı şirkətlərə də güzəştlərin tətbiq ediləcəyini deyib: “Valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar qiymət təklif etməkdə çətinlik çəkən ixracatçı şirkətlərimizə birbaşa Mərkəzi Bank vasitəsilə forvard məzənnələri veriləcək”.
Prezident onu da qeyd edib ki, kredit faizləri aşağı düşdükcə, bu infilyasiyanın qarşısını almağa dəstək olcaq: "Bir neçə ay ərzində inflyasiyanın azalmağa başlayacağına birlikdə şahid olacağıq".
Qeyd edək ki, son günlər Türkiyədə dolların sürətlə artan məzənnəsi bu gün 18 lirədən 14.90-a düşüb.
Digər xəbərlər