Saytımızı qiymətləndirin


 
 

Putin "Burevestnik" raketi və "Poseidon" sualtı aparatının yaradıcılarını mükafatlandırıb
Tarix: 04-11-2025 | Saat: 23:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin "Burevestnik" raketi və "Poseidon" sualtı aparatının yaradıcılarını mükafatlandırıb

Rusiya prezidenti Vladimir Putin "Burevestnik" raketi və "Poseidon" sualtı aparatının yaradıcılarını mükafatlandırıb.

Qarabaginfo.az xəbər verir ki, mükafatlandırma mərasimi bu gün Kreml sarayında keçirilib.

Qeyd edək ki, Rusiya bir müddət əvvəl "Burevestnik" raketini və "Poseidon" sualtı aparatının sınaqdan keçirdiyini açıqlayıb.

 

Putin qeyd edib ki, bu texnologiyaların inkişafı 21-ci əsrdə Rusiya xalqı üçün tarixi əhəmiyyət kəsb edir.

O, həmçinin "Burevestnik"in uçuş məsafəsinin dünyada məlum olan bütün raket sistemlərini üstələdiyini söyləyib.

Putin vurğulayıb ki, "Burevestnik" və "Poseidon" raketlərində yalnız yerli materiallardan istifadə olunub.

Onun sözlərinə görə,"Poseidonun" sürəti bütün müasir yerüstü gəmilərin sürətindən bir neçə dəfə çoxdur.

Rusiya prezidenti gələcək nüvə enerjisi ilə işləyən raketlərin də səsdən sürətli olacağını əlavə edib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər