Saytımızı qiymətləndirin


 
 

MTRŞ: “Netflix” Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almalı olacaq
Tarix: 20-12-2021 | Saat: 11:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

MTRŞ: “Netflix” Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almalı olacaq

“Qanun layihəsində yer alan sifarişli yayım həm də bu xidmət platformalarını nəzərə alır. Hazırda Azərbaycanda bu xidmətlərin əksəriyyəti fəaliyyət göstərir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov Apa-ya müsahibəsində ““Netflix”, “Megogo”, “Oll.tv”, “Vimeo” və s. bu kimi video xidmət platformaları Azərbaycanda yayım üçün lisenziya almalı olacaq? Onlardan Azərbaycanda nümayəndəlik açmaq və qeydiyyatdan keçmək tələb olunacaqmı?” sualına cavab olaraq bildirib. 

Onun sözlərinə görə, bu platformaların fəaliyyəti yerli qanunlarla tənzimlənmir: “Dünyada artıq bu platformaların tənzimləməsinə başlanılmışdır və bu uzun bir prosesdir. “Media haqqında” qanun layihəsi ilə biz də buna başlamış oluruq. Bu xidmət platformaları Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almalı olacaqlar ki, bunun üçün də ölkəmizdə nümayəndəliklərini açaraq qeydiyyatdan keçməlidirlər”.

 

MTRŞ sədri qanun layihəsi qəbul edildikdən sonra bu cür xidmət platformalarının bloklanması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, burada məqsəd bloklama deyil: “Həmin xidmətlər yerli bazarda iştirak edir və Azərbaycan istifadəçilərindən vəsait qazanır. Ən azından onların Azərbaycanda nümayəndəliyi olmalı və vergi ödəyicisi kimi qeydiyyatdan keçməlidirlər. Bu səbəbdən də qanun layihəsinə bu müddəaların daxil edilməsi həmin xidmətlərin ölkəmizdə bloklanması məqsədi daşımır, daha çox bu sahədə legitim bazanın yaradılmasını və həmin platformaların Azərbaycan bazarına cəlb olunmasını hədəfləyir. Bu bir stimullaşdırıcı addımdır. Biz istəyirik ki, bu xidmət platformaları Azərbaycanda leqal fəaliyyət göstərsinlər”.



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər