Saytımızı qiymətləndirin


 
 

Elm sahəsində fəaliyyət göstərmiş pensiyaçılara verilən Prezident təqaüdü artırılıb
Tarix: 20-12-2021 | Saat: 10:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident İlham Əliyev

 


Prezident İlham Əliyev “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi Fərman imzalayıb.

Qarabaginfo.az-ın xəbərinə görə, Fərmana əsasən, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1491) 1-ci hissəsində “200” rəqəmləri “300” rəqəmləri ilə, “120” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 



Xəbəri paylaş

297 dəfə oxunub.

Digər xəbərlər