Saytımızı qiymətləndirin


 
 

“Onlar Qarabağdan dərhal qovulmalıdır!” – Polkovnikdən sərt tələb
Tarix: 11-07-2023 | Saat: 14:12
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Onlar Qarabağdan dərhal qovulmalıdır!” – Polkovnikdən sərt tələb

 

“Rusiya sülhməramlıları Azərbaycan ərazilərinə daxil olan gündən bu günə qədər yalnız Azərbaycan əleyhinə işlər görüb və bu gün də həmin fəaliyyəti davam etdirirlər”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, Rusiya sülhməramlılarının son fəaliyyətdən, habelə onların bölgədə apardığı anti-Azərbaycan kampaniyasından söz açıb.

Ü. Cəfərov xatırladıb ki, bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Laçın sərhəd-buraxılış məntəqəsindəki fəaliyyətini dayandırması ilə bağlı məlumat da məhz sülhməramlıların fəaliyyəti ilə bağlıdır:

“Deyə bilərsiniz ki, axı söhbət Beynəlxalq Qızıl Xaç Komitəsinin qeyri-qanuni əməllərindən söhbət gedir, lakin dəhlizdə elə bir anarxiya yaranıb ki, hətta Beynəlxalq Qızıl Xaç Komitəsi də başını bu “alver”ə qatıb.

Axı Rusiya sülhməramlıları üzərinə düşən hansı işi görüb ki, onların fəaliyyətindən razılıq edək?! 2020-ci ildə üzərinə düşən ən vacib bir məsələni –qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazidən çıxarılması ilə bağlı məsələni hələ də həll etmir və ümumiyyətlə, bu haqda danışmırlar. Yəni nə Putini, nə Lavrov, nə də Şoyqu bu haqda bir kəlmə də demir”.

Ü. Cəfərov bildirib ki, baş verənlərdən Azərbaycan cəmiyyəti ciddi narahatdır:

“Azərbaycan bayrağının təhqir edilməsi bilirsinizmi nə deməkdir?! Başa düşmürəm, Azərbaycanın dövlət bayrağını yerə atmaq, onu təhqir etmək səlahiyyəti kimə verilib?!

Rus sülhməramlıları bölgədən çoxdan qovulmalı idi! Çıxarılmalı yox, qovulmalı! Və onsuz da qovulacaqlar. 

Baxın, görün, Rusiya bu gün nə rəzalət yaşayır? “Vaqner” lideri Yevgeni Prioqjini cinayətkar, Vətən xaini adlandıran prezident Vladimir Putin Kremldə 3 saat ona yalvarıb. Çünki Putin Priojinin biznesindən özü, özünün qanuni və qeyri-qanuni nikahdan olan övladları üçün böyük bir varidat əldə edib”.

Hərbi ekspertin dediyinə görə, Rusiyanın Azərbaycan ərazisində sərgilədiyi fəaliyyət beynəlxalq hüquqa ziddirr:

“Mən xalqımıza çağırış edirəm ki, vətəndaşlarımız rəsmilərə müraciət etsinlər ki, sülhməramlıları bölgədən çıxaraq. Bu gün gecikirik, çünki onlar 2025-ci ildən sonrakı dövrdə də bölgədə qalmaq fikrindədir və bu istiqamətdə də aktiv fəaliyyət göstərirlər.

Təxribatlar hər gün olur. Hətta bu gün Sədərək rayonu ilə yanaşı, Ordubad da atəşə tutulub. Ruslar təxribatın həm sayını artırmaq, həm də miqyasını genişləndirmək istəyirlər. Dünən Kəlbəcər, bu gün Şuşa, sabah Füzuli, ondan sonra Xocalı, Sədərək, bu gün də Ordubad. Bunların hamısı Rusiyanın bilavasitə göstərişi ilə baş verir. Son 3 gündə Azərbaycanın bu qədər ürkəklik və ehtiyatlılıq nümayiş etdirməsini heç cür başa düşə bilmirəm”.



Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər