Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu İƏT xarici işlər nazirlərinin Əfqanıstana birgə səfər etməsini təklif edib
Tarix: 19-12-2021 | Saat: 13:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mövlud Çavuşoğlu: "Ermənistan heç nəyə nail olmayacaq" » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Hazırda Əfqanıstanda 23 milyona yaxın insan aclıqdan əziyyət çəkir ki, bu da əhalinin 60 faizini təşkil edir. İslam Əməkdaşlıq Təşkilatı ölkələri Əfqanıstana beynəlxalq dəstəyi hərəkətə gətirmək və yerinə yetirmək üçün lider rolunu oynamalıdır”
Qarabaginfo.az-ın Türkiyə bürosunun xəbərinə görə, bunu Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M.Çavuşoğlu deyib ki, Əfqanıstana öncə humanitar dəstək vermək önəmlidir: “Bu gün bu istiqamətdə qəbul edəcəyimiz qərarın da mütləq tətbiq olunması lazımdır”.
İslam İnkişaf Bankının Əfqanıstana dəstək mövzusunda fəaliyyətini təqdir edən M.Çavuşoğlu bu ölkədəki iqtisadi böhranın da qarşısının alınmasının vacibliyini vurğulayıb. Türkiyə XİN başçısı üçüncü mərhələ olaraq Əfqanıstandan miqrasiyanın qarşısını almaq üçün İƏT-in digər beynəlxalq təşkilatlarla koordinasiyalı fəaliyyətini zəruri sayıb: “Humanitar və iqtisadi böhran köç təzyiqini və qonşu ölkələr arasında məsuliyyəti artırır. Ona görə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə əməkdaşlığımız da önəmlidir”.
Dördüncü mərhələ olaraq Əfqanıstan böhranının qarşısının alınmasında “Taliban” hökuməti ilə birgə fəaliyyəti məsələsinə də toxunan M.Çavuşoğlu deyib ki, bu ölkədə vəziyyətin pisləşməsinin Asiyadakı bütün müsəlman ölkələrinə də mənfi təsir göstərməməsi üçün fəal olmaq lazımdır: “Taliban” ölkədə bütün əhalinin mənafeyinə uyğun idarəetmə yürütməlidir”.
M.Çavuşoğlu İƏT xarici işlər nazirləri olaraq Kabilə birgə səfər təklifini də irəli sürüb: “Kabildə əfqan qardaşlarımızla həmrəyliyimizi nümayiş etdirə, oradan birbaşa mesajlar verə bilərik. Əfqan qardaşlarımız daha yaxşı bir gələcəyə haqq edirlər”.



Xəbəri paylaş

1212 dəfə oxunub.

Digər xəbərlər
14-02-2024, 15:54 Ərdoğan Misirdədir