Tarix: 18-12-2021 | Saat: 22:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Azərbaycanda səhiyyə sistemi pandemiya dövründə dayanmadan fəaliyyət göstərib. Fəaliyyət də müsbətdir. Hesab edirəm ki, bizim səhiyyəmiz inkişafını davam etdirəcək və heç də qabaqcıl ölkələrin səhiyyə sistemindən geri qalmayacaq”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, Azərbaycan post-pandemiya dövründə mümkün olan çağırışlara cavab verməyə hazır olmalıdır: “Dünya pandemiyadan sonra tam fərqli olacaq. İnnovativ baxımdan Azərbaycanda kifayət qədər mütəxəssis var ki, xaricdə tibb təhsili alıb. Şəxsən mən özüm Azərbaycan səhiyyəsində rifah dövrü görürəm. Bunun təməli dövlət başçısı İlham Əliyev tərəfindən qoyulub. Hər bir Azərbaycan vətəndaşı yaşından asılı olmayaraq gözəl, effektiv, profilaktik səhiyyə sistemindən yararlanacaq”.
T.Musayev əlavə edib ki, pandemiya başlayan dövrdə bəzi dövlətlər Ümumdünya Səhiyyə Təşkilatını nüfuzdan salmaq istəyirdi: “Həmin təşkilat beynəlxalq qurum kimi fəaliyyət göstərməlidir və ölkələr ona dəstək olmalıdır. Pandemiya dövründə Azərbaycan ÜST ilə sıx əməkdaşlıq edib. Bundan sonra da həmin təşkilatın Azərbaycanda fəaliyyəti və Səhiyyə Nazirliyinin həmin qurumla əməkdaşlığı yalnız müsbət istiqamətdə aparılacaq”.
Digər xəbərlər