Bakıda bağçada 4 yaşlı uşaq öldü
Tarix: 11-12-2021 | Saat: 15:09
Bölmə:Karusel / Gündəm | çapa göndər
467 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-12-2021 | Saat: 15:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonunda yerləşən uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.
Qarabaginfo.az “Publika.az”a istinadən xəbər verir ki, Balaəmi Dadaşov küçəsi 7 ünvanında yerləşən 49 saylı uşaq bağçasında qruplardan birində 2017-ci il təvəllüdlü Dadaşov Mehti Ramin oğlunun halı qəfil pisləşib.
4 yaşlı uşaq bağça əməkdaşlarının köməkliyi ilə saat 14:00 radələrində yaxınlıqdakı “Buta” klinikasına çatdırılıb, lakin onun artıq vəfat etdiyi məlum olub.
İlkin araşdırmalar zamanı azyaşlının üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilməyib. Onun hansı səbbədən halının pisləşməsi və vəfat etməsi hələlik məlum deyil.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Digər xəbərlər
7-01-2021, 11:26
Bu əsgərlərə niyə medal verilməyib? - Deputat
11-09-2024, 09:51
KTMT-nin hərbi təlimlərinin aktiv mərhələsi başlayıb
3-03-2023, 16:48
“Altılı masa” Mansur Yavaş və Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini rədd edib
1-06-2024, 07:32
Azərbaycanda bir gündə üç nəfəri ildırım vurdu, ikisi öldü
11-12-2020, 10:32
Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
14-04-2026, 20:28
Sağlam yuxu üçün gecə bu vərdişlərə əməl edin
25-03-2023, 11:53
Şabranda qatarla traktor toqquşub - Ölən var
12-02-2023, 13:05
Gürcüstanda yeni zəlzələlər olub

















