Ana Sayfa > Karusel / Gündəm > Bakıda bağçada 4 yaşlı uşaq öldü
Bakıda bağçada 4 yaşlı uşaq öldü11-12-2021, 15:09. Yazar: Admin |
Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonunda yerləşən uşaq bağçalarından birində ölüm hadisəsi baş verib. Qarabaginfo.az “Publika.az”a istinadən xəbər verir ki, Balaəmi Dadaşov küçəsi 7 ünvanında yerləşən 49 saylı uşaq bağçasında qruplardan birində 2017-ci il təvəllüdlü Dadaşov Mehti Ramin oğlunun halı qəfil pisləşib. 4 yaşlı uşaq bağça əməkdaşlarının köməkliyi ilə saat 14:00 radələrində yaxınlıqdakı “Buta” klinikasına çatdırılıb, lakin onun artıq vəfat etdiyi məlum olub. İlkin araşdırmalar zamanı azyaşlının üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilməyib. Onun hansı səbbədən halının pisləşməsi və vəfat etməsi hələlik məlum deyil. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. Geri dön |