Saytımızı qiymətləndirin


 
 

Ermənistanda müxalif blokun rəhbəri həbs edildi
Tarix: 10-12-2021 | Saat: 20:21
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda müxalif blokun rəhbəri həbs edildi

Ermənistanın “Birləşmiş Vardenis” müxalif blokunun rəhbəri, Vardenisin keçmiş meri Aram Arutyunyan həbs edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun vəkili Bakur Ohanyan bildirib. 

O qeyd edib ki, bu qərar müxalifətin birləşərək hakim “Vətəndaş müqaviləsi” partiyasına Vardenisə öz merini seçmək imkanı verməməsinə görə qəbul edilib. Ohanyanın sözlərinə görə, qərardan apellyasiya şikayəti verəcəklər. 

Xatırladaq ki, Arutyunyan dünən saxlanılıb. İstintaq Komitəsi bildirib ki, Arutyunyana qarşı irəli sürülən cinayətlər onun 2004-2017-ci illər ərzində sosial yardım xidmətinin Vardenis ərazi idarəsinin rəisi kimi fəaliyyəti ilə bağlıdır. Keçmiş mer vəzifə səlahiyyətlərindən açıq-aşkar sui-istifadə, dələduzluq və sənədlərin saxtalaşdırılması ilə ittiham olunur. O, 231,9 milyon dram (təxminən 465 min dollar) mənimsəmədə günahlandırılır. 



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər