Saytımızı qiymətləndirin


 
 

FHN Akademiyasında Heydər Əliyevin anım günü qeyd olunub - FOTO
Tarix: 10-12-2021 | Saat: 15:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

FHN Akademiyasında Heydər Əliyevin anım günü ilə bağlı tədbir

 

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

FHN-dən Qarabaginfo.az-a verilən məlumata görə, tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Akademiyanın rəisiş general-mayor Baba Salayev tədbiri açıq elan edərək ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Akademiya rəisi qeyd edib ki, Ulu Öndərin xalqa və Vətənə sonsuz sevgisi, Azərbaycan dövlətçiliyinə hədsiz sədaqəti indiki və gələcək nəsillərə örnək, ölkəmizin davamlı inkişafını təmin edən böyük məktəbdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsini öyrənmək üçün Akademiyada “Heydər Əliyev Mərkəzi” yaradılıb. Mərkəzdə yaradılan şərait, geniş ekspozisiya, fotoguşələr və sənədli materiallar Akademiyanın kursant və əməkdaşlarının ümummilli lider Heydər Əliyevin zəngin tarixi irsini dərindən yiyələnməsinə imkan verir.

Məhz Ulu Öndər tərəfindən əsası qoyulmuş etibarlı və möhkəm özüllər onun şah əsəri olan müstəqil Azərbaycanın daha da inkişaf etdirilməsi üçün baza rolunu oynadı. Ümummilli Liderin müdrik siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı islahatlar nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəldi, dövlətimiz regionun liderinə çevrildi.

Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi Ümummilli Liderin ən böyük arzusi idi. Müzəffər Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti, mükəmməl sərkərdəlik bacarığı və illərdir formalaşdırılmış qüdrətli Ordumuzun yenilməz gücü sayəsində Ulu Öndərin bu vəsiyyəti reallaşdı.

Sonra Akademiya rəisinin müavini polkovnik İlham Babaşov “Heydər Əliyev fenomeni xalqın tarixi yaddaşına əbədi yazılıb” mövzusunda çıxış edib.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər
15-11-2021, 10:04 Bu gündən istilik verilir