“Ermənistanın verdiyi mina xəritələri etibarsız, faydasız və qeyri-dəqiq olması təəssüratı yaradır”.
Qarabaginfo.az xəbər verir ki, bunu ANAMA rəhbəri Vüqar Süleymanov deyib. O bildirib ki, Ermənistanın verdiyi minalanmış ərazilərin xəritələri ilə ilk tanışlıq həmin xəritələrin etibarsız, faydasız və qeyri-dəqiq olması təəssüratını yaradır.
“Formaların diqqətlə təhlilindən sonra bu xəritələrin nə dərəcədə dəqiq olması və hansı sahələri əhatə etməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, -deyə ANAMA-nın rəhbəri vurğulayıb.