Saytımızı qiymətləndirin


 
 

Rusiya ABŞ-ı Hindistana S-400 kompleksləri satmasına mane olmaqda ittiham edib
Tarix: 06-12-2021 | Saat: 14:45
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya ABŞ-ı Hindistana S-400 kompleksləri satmasına mane olmaqda ittiham edib

ABŞ Hindistanın Rusiyadan S-400 zenikt raket komplekslərini alması ilə bağlı razılaşmaya mane olmağa çalışıb. Lakin Nyu-Dehli sübut etdi ki, suveren ölkədir və kimdən silah alacağına özü qərar verəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Nyu-Dehlidə hindistanlı həmkarı ilə keçirdiyi danışıqların yekunu ilə bağlı mətbuat konfransında bildirib. 

Lavrov S-400-lərin alınması ilə bağlı razılaşmanın Hindistanın müdafiə qabiliyyətini təmin etmək üçün böyük praktik əhəmiyyət kəsb etdiyini söyləyib:

"Saziş reallaşır. Biz ABŞ-ın bu əməkdaşlığa xələl gətirmək və Hindistanı Vaşinqtonun əmrlərini yerinə yetirməyə məcbur etmək cəhdlərini və ABŞ-ın regionun inkişafını necə gördüyünü gördük. Lakin hindistanlı dostlarımız qətiyyətlə bəyan etdilər və aydın şəkildə izah etdilər ki, onlar suveren ölkədir və onlar kimin silahını alacaqlarına və hansı tərəfdaşları seçəcəklərinə özləri qərar verəcəklər”.



Xəbəri paylaş

1288 dəfə oxunub.

Digər xəbərlər