Saytımızı qiymətləndirin


 
 

Türkiyə bu silah sistemini istehsal edən barmaqla sayılacaq ölkələrdəndir - Ərdoğan
Tarix: 03-12-2021 | Saat: 12:14
Bölmə:Karusel / Gündəm | çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin istehsal etdiyi milli dəniz topunun istifadəyə verilməsiylə Türkiyə Dəniz Qüvvələrinin daha da güclənəcəyini bildirib.

 

Qarabaginfo.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Maşın və Sənayesi (MKE) Dəniz Topu Quru Atışları Proqramına video mesaj göndərən Ərdoğan deyib: 

"Türkiyə müdafiə sənayesi yenə tarixi əhəmiyyətə sahib bir addım atıb. Milli dəniz topunun quru atış testlərindən uğurla keçməsini arzu edirəm. Dəniz topu, donanmalar üçün əvəzolunmaz silah sistemidir. Hərbi gəmilərin dağıdıcı gücü olan bu silah sistemləri müharibə şəraitində olduqca əhəmiyylətli bir rola sahibdir. Türkiyə olaraq müdafiə sənayemizi yerliləşdirmə cəhdlərimizə təxminən bir il əvvəl dəniz topunu da əlavə etdik. Digər sahələrdə olduğu kimi, dəniz topu sahəsində də ölkəmizin xaricdən asılılığını sıfıra endirməyi hədəflədik. Son dövrlərdə xaricdən gələn məhsullarda istər maliyyə, istərsə də digər səbəblərdən böyük sıxıntılar yaşamağa başlamışdıq. Eyni zamanda, bəzi embarqolara və maneələrə məruz qalırdıq. 

Türk sanayinin gücü 'milli deniz topunda' birleşti

Sənaye və Texnologiya nazirliyimizin də aktiv dəstəyiylə 12 ay kibi rekord bir müddətdə milli dəniz topumuzu istehsal etdik. Türkiyə istehsal etdiyi bu silah sistemiylə barmaqla sayılacaq ölkələr arasındadır. Milli dəniz topu, 16 kilometrlik uçuş məsafəsinə malikdir. Donanmamız 5 fərqli atış növü ilə dəqiqədə 80 atış edə bilən bu silah sayəsində daha da güclənib. Milli dəniz topu, hal-hazırda istifadə edilən sistemlərden fərqli olaraq yerli və milli imkanlarla inkişaf etdirilən digital atış nəzarət sistemiylə təchiz edilmişdir. Milli dəniz topunun istifadəyə verilməsiylə Türkiyə Dəniz Qüvvələri daha da güclənəcək.” 



Xəbəri paylaş

247 dəfə oxunub.

Digər xəbərlər