Hərbi qəzada ölən polkovnikin qohumu danışdı
Tarix: 30-11-2021 | Saat: 15:58
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1323 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-11-2021 | Saat: 15:58
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşlarını yerinə yetirərəkən qəzaya uğraması nəticəsində həlak olanlardan biri Füzuli Cavadovdur.
"Bu barədə sosial şəbəkələrdə məlumat gördük. Dövlət Sərhəd Xidmətinin nümayəndəsi evlərində olub. Ailə üzvlərindən biri morqa aparılıb ki, Füzuli Cavadovun nəşi təhvil verilsin. Füzuli Cavadov evli olub və 2 övladı var idi. Xəzər rayonu Zirə qəsəbəsində yaşayırdı. Hazırkı rütbəsi polkovnik idi", deyə yaxın qohumları qeyd edib.
Hərbi jurnalist Səxavət Məmmədov şəhid olan Füzuli Cavadov haqqında paylaşım edərək onun çox təcrübəli pilot olduğunu yazıb.
" İllər öncə Səfər Əbiyev onun idarə etdiyi helikopterdə olarkən təxminən 5 km hündürlükdə motorlardan biri dayanıb. Hava boşluğuna düşüb. Bir motorla heç bir qəza törətmədən helikopteri və içərisindəki nazir və digər yüksək rütbəli zabitləri sağ-salamat aşağı endirə bilib", deyə paylaşıbda bildirib.
Bu gün Baş prokrorluq və Dövlət Sərhəd Xidmətinin məlumatında hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlər və yaralıların olduğu bildirilib. Hadisə araşdırıldığı üçün ölən və yararıların rəsmi sayı və siyahısı hələ təqdim olunmayıb. Bəzi KİV-lərdə ölənlərin sayı 14 olduğu qeyd olunur.(Anesws.az)

Xəbəri paylaş
Digər xəbərlər
19-05-2026, 14:13
Prezidentin köməkçisi: Cənubi Qafqaz artıq müharibə və qarşıdurma məkanı olmamalıdır
6-01-2023, 15:16
Talıbov sənədləri qəsdən itirib? - Hüquqşünas danışdı
7-10-2021, 14:38
Azərbaycanın Ankaradan gələn səsi (FOTOLAR)
11-08-2021, 10:09
Həyat yoldaşı sabiq nazir müavinini məhkəməyə verdi
29-11-2024, 17:26
Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə bölmələrinin birgə təlimi başa çatıb
8-08-2024, 15:25
Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
5-02-2024, 12:20
Fazil Mustafa namizədliyi müddətində təhdid olunub? - AÇIQLAMA
24-01-2022, 13:16
Sabahın hava PROQNOZU
16-09-2022, 00:23
Şoyqu Ermənistanın müdafiə naziri ilə telefonla danışıb














