Tarix: 29-11-2021 | Saat: 16:53
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər
İranın XİN-nin başçısı Aşqabadda azərbaycanlı həmkarı ilə görüşünü “müsbət və dostcasına” adlandırıb.
Qarabaginfo.az Fars agentliyinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İqtisadi Əməkdaşlıq Təşkilatı başçılarının 15-ci zirvə toplantısı çərçivəsində ölkəmizin xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə özünün instaqram hesabında yazıb: “ECO iclası çərçivəsində Aşqabadda Azərbaycanın xarici işlər naziri ilə müsbət və dostcasına bir görüşüm oldu. Bu yaxşı görüş üçün iki ölkə arasında ötən həftələr ilkin hazırlıq işləri görülmüşdü. Müqavilələrin tutumu müxtəlifdir, iki ölkənin və iki millətin mənafelərinə uyğundur. Ölkə başçılarının iradəsi əlaqələrin hərtərəfli inkişafına əsaslanır. Tranzit, enerji, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq tərəflərin israr etdiyi və razılaşdığı məsələlərdəndir. İki ölkə və iki millət qonşuluqdan ötə qohumdurlar”.
Digər xəbərlər