Azərbaycan Ermənistana 11 cəsəd təhvil verdi: 9-nun kimliyi dəqiqləşdi
Tarix: 29-11-2021 | Saat: 12:16
Bölmə:Karusel / Gündəm | çapa göndər
378 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-11-2021 | Saat: 12:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Müharibədən bir ildən çox vaxt keçdikdən sonra Ermənistanın D-20 diviziyasının bir qrup hərbçisinmin cəsəd qalıqları tapılıb.
Dekabrın 2-də 9 hərbçinin dəfn mərasimi keçiriləcək. Məlumatı hərbçilərdən birinin qohumu təsdiqləyib.
“D-20 diviziyasının cəsədləri tapılan hərbçiləri üçün dəfn mərasimi dekabrın 2-də saat 16:30-da İrəvandakı Müqəddəs Qriqori İlluminator kafedralında keçiriləcək”, - hərbçinin qohumu bildirib.
Qeyd edək ki, həmin hərbçilərin cəsəd qalıqlarını Azərbaycan tərəfi bu il noyabrın 2-də Ermənistan tərəfinə təhvil verib.
Belə ki, təhvil-təslim Xocavənd rayonunun Qırmızı Bazar (Karmir Şuka) kəndinin yaxınlığında Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə baş tutmuşdu. Bu aman 11 nəfərin qalıqları Ermənistan tərəfinə təhvil verilmişdi.
Cəsəd qalıqları üzərində məhkəmə-tibbi ekspertizası araşdırma aparandan sonra, bu günlərdə 9 nəfərin kimliyini müəyyən etmək mümkün olub. Həmin hərbçilər Ermənistanın D-20 diviziyasından olan artilleriyaçılardı.
11 cəsəddən 9-nun ad-soyadı da açıqlanıb: David Azatyan, Hayk Antonyan, Karen Danielyan, Artak Mikaelyan, Narek Ohanyan, Vahe Papyan, Hayk Papikyan, Ruben Poqosyan, Samvel Poqosyan.(modern.az)
Xəbəri paylaş
Digər xəbərlər
12-09-2022, 13:03
Müdafiə Nazirliyindən Qırmızı Bazar AÇIQLAMASI
1-03-2024, 12:35
Keçmiş baş həkimlə arvadı öldürüldü
19-02-2025, 14:53
Prezident Ballıcaya getdi - Sakinlərlə görüşdü - Fotolar
16-09-2022, 17:48
Putin müharibəni tezliklə dayandırmaq istəyir
22-02-2022, 12:20
Narkotik qaçaqmalçıları sərhədçilərə atəş açıb, xəsarət alanlar var
4-06-2026, 07:19
Zelenski və Starmer diplomatik səyləri əlaqələndiriblər
30-04-2022, 13:14
Ukrayna mətbuatı İlham Əliyevin çıxışından YAZDI
12-02-2021, 09:07
Şəhid Elvinin sentyabrın 27-də yazdığı vəsiyyət... - VİDEO

















