Saytımızı qiymətləndirin


 
 

Ukrayna mətbuatı İlham Əliyevin çıxışından YAZDI
Tarix: 30-04-2022 | Saat: 13:14
Bölmə:Manşet / Karusel | çapa göndər

Ukrayna KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı ilə bağlı məqalələr dərc edib.

 

Qarabaqinfo.az xəbər verir ki, “Ukrinform” informasiya agentliyi, “Dialog”, “Asmedia” və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ilə bağlı fikirlər yer alıb.

 

Dərc edilən məqalələrdə Prezident İlham Əliyevin sitatlarına istinadla yazılır: “Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq”.

 

Digər məqalələrdə isə dövlətimizin başçısının çıxışına istinadla qeyd olunur ki, Ukrayna heç vaxt, heç bir halda ərazi bütövlüyünün pozulması ilə razılaşmamalıdır.

 

“Bizim Rusiya ilə yaxşı münasibətlərimiz var. Eyni zamanda, Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri siyasi seçimlərə əsaslanaraq təfsir edilməməlidir”, - deyə Prezident İlham Əliyevə istinadla qeyd olunu

 

 



Xəbəri paylaş

1188 dəfə oxunub.

Digər xəbərlər