Saytımızı qiymətləndirin


 
 

Avtobus sürücüsünün hücuma məruz qalması ilə bağlı - Açıqlama
Tarix: 27-11-2021 | Saat: 14:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avtobus sürücüsünün hücuma məruz qalması ilə bağlı

 

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 114 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü hücuma məruz qalıb.

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi açıqlama yayıb.

Bildirilib ki,  “Faiqoğlu” şirkətinin müvəqqəti istismarında olan 114 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur:

“Sərnişinin avtobusu dayanacaqdan kənarda saxlaması tələbinə əməl etməyən sürücünün təhqir olunaraq döyülməsini qəti şəkildə pisləyirik.

Bu cür halların yolverilməz olduğunu qeyd edərək bir daha bildiririk ki, sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və burada hər kəsin - istər sürücü, istər sərnişinlərin mütləq əməl etməli olduqları qaydalar var. 

Müntəzəm marşrut xətti avtobuslarla səyahət edən sərnişinlərin minib-düşməsi hərəkət sxemi boyunca müəyyən olunan dayanacaq məntqələrində olmalıdır. 

Dayanacaq məntəqəsindən kənarda avtobusu saxlayıb sərnişin mindirib-düşürmək qayda pozuntusudur və inzibati məsuliyyət yaradır”.



Xəbəri paylaş

340 dəfə oxunub.

Digər xəbərlər