Saytımızı qiymətləndirin


 
 

Tonoyan Tofiq Zülfüqarovun açıqlamasına istinadla Ter-Petrosyanı ifşa etdi - ƏTRAFLI
Tarix: 22-11-2021 | Saat: 12:08
Bölmə:Karusel / Siyasət | çapa göndər

Tonoyan Tofiq Zülfüqarovun açıqlamasına istinadla Ter-Petrosyanı ifşa etdi – ƏTRAFLI

“Tofiq Zülfüqrovla əlaqə saxlamaq üçün bir tanış tapmaq istədim. Lakin mənə dedilər ehtiyac yoxdur, nə sual vermək istəyirsənsə 2018-ci ildə artıq verilib”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri özünün fb səhifəsində İranşünas Artyom Tonoyan bildirib. Tonoyan nədənsə Tofiq Zülfüqarovun açıqlamaısnın bir hissəsini statusunda paylaşıb və Levon Ter -Petrosyanın yalanını üzə çıxarmağa çalışıb.

Həmin statusu təqdim edirik:

“Jurnalist:

– Levon Ter-Petrosyan deyir ki, ATƏT-in fəaliyyətdə olan sədri 1995-ci il martın 31-də Praqada  ATƏT-in Budapeşt sammitinin yekun sənədinə dair verdiyi şərhdə bildirib ki, Dağlıq Qarabağ münaqişə tərəfi kimi tanınıb. Onun açıqlaması nə dərəcədə doğrudur?

Tofiq Zülfüqarov:

– Mən özüm o sənədlərlə məşğul olmuşam. Bu sənəddə Qarabağ münaqişə tərəfi kimi göstərilmir. Sənəddə “Dağlıq Qarabağın nümayəndəsi” ifadəsi işlədilir, lakin onun erməni və ya azərbaycanlı olması barədə heç nə deyilmir. ATƏT-in 24 mart tarixli mandatında qeyd olunur ki, Dağlıq Qarabağ iki erməni-azərbaycan icmasının nümayəndələri ilə təmsil olunur. Bundan başqa, Ter-Petrosyan Lissabonda qəbul edilmiş sənədi unutmasın. Orada birmənalı şəkildə qeyd olunur ki, Dağlıq Qarabağ erməniləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər. Bu daha fundamental sənəddir.

Bu müzakirələrin Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. “Ter-Petrosyanın əsas məqsədi siyasi rəqibini günahlandırmaqdır”.

Sonuncu hissədə o, Robert Koçaryanı nəzərdə tutur, çünki hələ ondan əvvəl Köçəryanın Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdığını deyir”.(Konkret.az)



Xəbəri paylaş

1316 dəfə oxunub.

Digər xəbərlər