Tarix: 21-11-2021 | Saat: 16:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında görüş hərtərəfli hazırlıq tələb edir və bu, hazırda davam edir.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1" telekanalının efirində deyib.
“Təmasların baş tutması üçün hərtərəfli hazırlıq lazımdır, biz bunu edirik”, - Ryabkov qeyd edib.
XİN rəsmisi vurğulayıb ki, Rusiya və ABŞ prezidentləri arasında gözlənilən görüşün gündəliyi çox genişdir:
"Ukrayna ətrafında çoxlu mübahisələr var. NATO silahlı qüvvələrinin sərhədlərimiz yaxınlığında təxribat xarakterli hərəkətləri ola bilər ki, bu da bizi biganə buraxa bilməz və narahatlığa səbəb olur”.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putin və Bayden arasında görüş üçün videoformata üstünlük verilir, lakin hər şey dövlət başçılarının qərarlarından asılı olacaq.
Peskovun sözlərinə görə, görüşün vaxtı ilə bağlı dəqiq məlumat yoxdur, bu, Yeni ildən əvvəl və sonra baş tuta bilər.
Digər xəbərlər