Tarix: 19-11-2021 | Saat: 17:50
Bölmə:Karusel / Siyasət | çapa göndər
Noyabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasla görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, görüşdə Baş prokuror ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Litvanın hüquq mühafizə orqanları ilə illərdir uğurla davam edən səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə edilərək Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində Litvanın Xüsusi İstintaq İdarəsi və Azərbaycan Prokurorluğu arasında cinayət yolu ilə əldə olunmuş gəlirlərin qaytarılması və əmlakın bərpası sahəsində gələcək layihələr müzakirə olunub.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Eqidius Navikas ikitərəfli münasibətlərə toxunaraq təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini qeyd edib. Səfir ölkələrimizin hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.
Digər xəbərlər