Saytımızı qiymətləndirin


 
 

Ovladinitani.az saytının təqdimatı olub
Tarix: 19-11-2021 | Saat: 11:32
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Ovladinitani.az saytının təqdimatı olub

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə hazırlanan www.ovladinitani.az veb səhifəsi və “Övladını tanı” mobil tətbiqinin təqdimatı olub.

Qarabaginfo.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, nazirlik tərəfindən göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılması və əlçatanlığın təmin edilməsi məqsədilə onların mobil tətbiq formasında hazırlanmasına xüsusi önəm verilir.

Agentliyin sosial siafrişləri ilə “Unudulmazlar”, “Danışan kitab”, “Surdotv.az” mobil tətbiqləri də məhz həssas əhali qruplarından olan ailələrin resurs mərkəzi rolunu oynayır.

Sədr qeyd edib ki, “Övladını tanı” mobil tətbiqi də sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi layihəsi çərçivəsində hazırlanıb. Bu mobil tətbiq uşaqların əlilliyinin erkən aşkarlanması üçün aztəminatlı ailələrə dəstək rolunu oynayacaq.

Mobil tətbiq vasitəsi ilə valideyn 6 yaşına qədər övladınının inkişaf dinamikasını qiymətləndirə, hesabatlandıra, inkişafını planlaya, inkişafı üçün tapşırıqlar əldə edə və inkişafı izləyə bilər.

Layihə rəhbəri Rasif Dünyamalıyev bildirib ki, valideyn tətbiqdə qeydiyyatdan keçərək bir neçə övladını əlavə etməklə hər biri üçün özəl otaq yarada bilər. Övladının məlumatlarını daxil etdikdən sonra inkişaf bölməsinə daxil olaraq, yoxla düyməsini sıxmaqla onun yaşına uyğun olan suallara cavab verilir və tətbiq bu cavablara uyğun olaraq uşağın inkişaf dərəcəsini hesablayır. Əgər hər hansı bir geriləmə varsa ona uyğun olaraq istifadəçiyə tapşırıqlar verir və inkişafın hansı sahələrdə zəif olduğu haqqında hesabat təqdim edir.

Tətbiqin “inkişaf”, “uğur” və “resurs” bölmələrində keçirilmiş yoxlamalar, uşağın nəticələrinə uyğun tapşırıqlar, uşaq psixiatrlarına birbaşa çıxış və digər xidmətlər də təqdim olunur.

Qeyd edək ki, layihə Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən hazırlanıb.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər