Saytımızı qiymətləndirin


 
 

15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına veriləcək şəxsiyyət vəsiqəsinə dair tələblər müəyyənləşir
Tarix: 18-11-2021 | Saat: 21:50
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına veriləcək şəxsiyyət vəsiqəsinə dair tələblər müəyyənləşir

Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək.
Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 15 yaşı tamam olmamış vətəndaşın əl-barmaq izləri götürülməyəcək, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) daxil edilməyəcək.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər