Saytımızı qiymətləndirin


 
 

Mövlud Çavuşoğlu: "Ermənistan heç nəyə nail olmayacaq"
Tarix: 17-11-2021 | Saat: 16:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mövlud Çavuşoğlu Azərbaycana gələcək

"Ermənistan bu davranışı ilə heç nə əldə edə bilməyəcək, uduzacaq"

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreynin xarici işlər naziri Abdullatif bin Raşid Alzayani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Şəhidlərə Allahdan rəhmət diləyirəm. Azərbaycan 30 iləm yaxındır işğal altında qalan torpaqlarını 44 gün içərisində geri aldı. Bununla da türkün gücünü və qətiyyətini göstərdi. Azərbaycan yalnız deyil və olmayacaq. Öz torpaqlarını geri alan Azərbaycanın atdığı addımlara baxaq. Hazırda çox əhəmiyyətli layihələr həyata keçirirlər. Azərbaycanın Ermənistana əhatəli sülh müqaviləsi təklif edir. Qalib tərəf məğlub tərəfə deyir ki, gəl, sülh müqaviləsi bağlayaq ki, bir daha aramızda münaqişə olmasın. Ermənistan isə bunlara məhəl qoymayaraq Azərbaycana hücumlar edir. Onlar Azərbaycan torpaqlarında terror hücum həyata keçirir", - o deyib.



Xəbəri paylaş

311 dəfə oxunub.

Digər xəbərlər