Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda yarımçıq doğulan uşaqlarla bağlı vəziyyət necədir?
Tarix: 17-11-2021 | Saat: 12:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanda yarımçıq doğulan uşaqlarla bağlı vəziyyət necədir?

 

“Bizim xəstəxanada il ərzində müalicə alan vaxtından qabaq doğulan uşaqların sayı 1200-1500-ü keçir. Bunların 70 faizi özəl klinikalarda doğulanlardır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü münasibətilə keçirilən tədbirdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev deyib.

Onun sözlərinə görə, sonradan həmin uşaqlar Pediatriya İnstitutunun yarımçıq doğulan uşaqlar şöbəsinə köçürülürlər.  

“Əvvəllər kimin imkanı var idisə, vaxtından əvvəl doğulan uşağını özəl xəstəxanalara yerləşdirirdi. Artıq bu problemə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən son qoyuldu. Bizim xəstəxanada 14 yataqlıq ayrıca yarımçıq doğulmuşlar şöbəsi yaradıldı. Hazırda bir əskiyimiz var, bu uşaqların böyüməsində ana südünün çox əhəmiyyəti var. Ailələrə bizə ana südü gətirin deyirik, başqa bir şey istəmirik”



Xəbəri paylaş

276 dəfə oxunub.

Digər xəbərlər