Saytımızı qiymətləndirin


 
 

Prokurorluq əmək məzuniyyətinin verilməsi qaydası barədə vətəndaşlara müraciət edib
Tarix: 17-11-2021 | Saat: 11:00
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Baş Prokurorluq daha bir həssas məsələ ilə bağlı videomüraciət yayımlayıb

 

Baş Prokurorluq əmək məzuniyyətinin verilməsi qaydası barədə vətəndaşlara müraciət edib.

Qurumun mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.
Hazırda təqdim olunan videoda əmək məzuniyyətinin verilməsi qaydası barədə vətəndaşlarımıza müraciət edilib.



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər