Saytımızı qiymətləndirin


 
 

Ukraynadan idxal edilən "Roshen" karamelinin istehlak üçün yararsız olduğu aşkarlanıb
Tarix: 29-06-2021 | Saat: 15:26
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Ukraynadan idxal edilən "Roshen" karamelinin istehlak üçün yararsız olduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ukraynada istehsal olunan və “Azroşen” MMC tərəfindən ölkəmizə idxal edilən “Roshen” əmtəə nişanlı karamel məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

AQTA-dan Qarabaginfo.az-a verilən məlumata görə, məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələklərinin miqdarının normadan çox olduğu aşkar edilib. İdxal olunan məhsulun texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, istehlak üçün yararsız olduğu müəyyən edilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 8.3 ton karamel məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər
8-08-2022, 16:46 Yoluxma sayı AÇIQLANDI