Saytımızı qiymətləndirin


 
 

Ərdoğan Ankaranın planını AÇIQLADI: İlham Əliyevlə birlikdə…
Tarix: 23-01-2022 | Saat: 09:00
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Qarabaginfo.az "TRT Haber"ə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin Rabitə Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə-İran münasibətləri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Tehranda ən qısa zamanda keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası və bu çərçivədə imzalana biləcək razılaşmaların üzərində işlərin davam etdiyini bildirib.

Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün səylərini davam etdirdiklərini ifadə edən Ərdoğan, Türkiyə olaraq Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hazırladıqları "3+3" Platformasının növbəti toplantısına ev sahibliyi etmək istədiklərini söyləyib.(Publika.az)



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70